Amerikanın Ukrayna üzrə müharibəni bitirmə planını Uitkoff, Trampın kürəkəni Cared Kuşner və Rusiya nümayəndəsi Dmitriyev hazırlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg nəşri yayıb.
Mənbələrin verdiyi məlumata görə, sənədin hazırlanmasından təkcə ABŞ administrasiyasının bəzi əsas rəsmilərinin, o cümlədən dövlət katibi Marko Rubionun xəbəri olmayıb.
Hətta prezident Donald Trampın özü də plan haqqında son anda məlumatlandırılıb. Bununla belə, sənədlə tanış olduqdan sonra Tramp planı dəstəkləyib.
Məlumata əsasən, planın müzakirəsinə daha sonra ABŞ quru qoşunları naziri Driskoll da qoşulub.
O, Kiyevə bildirərək qeyd edib ki, ABŞ Ukraynadan müəyyən ərazi güzəştləri gözləyir.

Bizim.Media





























































































