Terrorçuların oğurladığı məktəblilərdən 50-si QAÇDI

Terrorçuların oğurladığı məktəblilərdən 50-si QAÇDI

Hazırda oxunan: Terrorçuların oğurladığı məktəblilərdən 50-si QAÇDI

581997

Nigeriyada terrorçular tərəfindən oğurlanan məktəblilərdən 50-si qaçıb

Nigeriyada katolik məktəbindən terrorçular tərəfindən qaçırılan 300 şagirddən 50-si qaçmağa müvəffəq olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) Nigeriyanın Xristianlar Assosiasiyasına istinadən xəbər yayıb.

"Xoş xəbər aldıq: 50 şagird qaçıb, valideynlərinin yanına qayıdıb", - agentlik təşkilatın bəyanatına istinadən bildirib.
 

Xatırladaq ki, noyabrıın 20-dən 21-ə keçən gecə cinayətkarlar Nigeriyanın qərbindəki Niger ştatındakı Müqəddəs Məryəm Katolik Məktəbinə hücum edib və 12 müəllim də daxil olmaqla 303 nəfəri zorla qaçırıblar.


Nigeriya Prezidenti Bola Tinubu məktəblərə hücumların sayının artması səbəbindən xarici səfərlərini ləğv edib. Hakimiyyət orqanları təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən 36 ştatdan 10-da məktəbləri bağlayıb. Oraya əlavə ordu və polis qüvvələri göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO