Ukraynanın Ternopol şəhərində Rusiyanın bombardmanı nəticəsində həlak olan uşağının cənazəsi ilə vidalaşan ata tabutu qucağında beşik kimi yelləyib.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu dəhşətli kadrlar ölkəni sarsıdıb.
Bu gün şəhərdə həlak olanlardan biri Mariya, həmçinin onun övladları Kamila və Nazar ilə vidalaşırlar.
Ailədən yalnız ataları Kamal sağ qalıb. O, xilasedicilərin onları sağ tapacağına ümid edərək üç gün ərzində evin xarabalıqları yanında həyat yoldaşını və uşaqlarını gözləyib.
Bu arada Ternopolda Rusiya zərbəsi nəticəsində ölənlərin sayı 34-ə yüksəlib.
Ternopol üzrə Hərbi Administrasiya bildirib ki, 33 nəfərin şəxsiyyəti artıq müəyyən edilib, bir nəfərin kimliyi isə hələ də dəqiqləşdirilir.
İtkin düşənlər sırasında altı nəfər var — iki kişi, üç qadın və bir uşaq.

Bizim.Media






























































































