Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən G20 Zirvə görüşü çərçivəsində Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.
Bizim.Media xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal proseslərin inkişafı da müzakirə olunub.
Türkiyə Prezidenti Ankara ilə Paris arasında əlaqələrin inkişafı üçün qarşılıqlı addımların vacibliyini vurğulayıb.
Ukrayna ilə Rusiya arasındakı müharibəyə gəldikdə, Rəcəb Tayyib Ərdoğan ədalətli və davamlı sülhə nail olmaq üçün bütün diplomatik imkanlardan istifadənin vacibliyini qeyd edib.
O, Ankaranın sülhə yönəlmiş danışıqların təşkili üçün səylərini davam etdirəcəyinə əminliyini bildirib.
Yaxın Şərqdəki vəziyyətlə bağlı Türkiyə lideri Qəzza zolağında atəşkəsin qorunmasının və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.

Bizim.Media

- A-
- A
- A+
Dünya
16:21 / 23.11.2025
Ərdoğan Makronla Ukraynadakı vəziyyəti müzakirə etdi - FOTO
Hazırda oxunan: Ərdoğan Makronla Ukraynadakı vəziyyəti müzakirə etdi - FOTO
Hazırda oxunan: Ərdoğan Makronla Ukraynadakı vəziyyəti müzakirə etdi - FOTO
581967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































