Vaşinqtonda ABŞ prezidenti Donald Trampın daxili və xarici siyasətini kəskin şəkildə tənqid edən etiraz aksiyası keçirilib.
Bizim.Media xəbər verir ki, etirazçılar Trampın son addımlarını, xüsusilə də Ukrayna ilə bağlı “sülh planı”nı ölkənin maraqlarına zidd hesab edirlər və onun impiçmentini tələb ediblər.
Etirazçılar arasında əlində “You just sold Ukraine!” (“Sən indi Ukraynanı satdın!”) yazılmış plakatlar da var idi. İnsanlar Trampın Kiyev və Moskva arasında müharibəni dayandırmaq üçün irəli sürdüyü “sülh planı”nı Ukraynanın maraqlarını nəzərə almayan, ABŞ-ın beynəlxalq öhdəliklərini isə zəiflədən bir təşəbbüs kimi qiymətləndiriblər.
Məlumata görə, aksiya iştirakçıları Trampın Ukrayna ilə bağlı mövqeyinin demokratik dəyərlərə və ABŞ-ın müttəfiqlərinə sədaqət prinsipinə zidd olduğunu deyiblər. Onlar hesab edirlər ki, prezidentin bu planı Kreml üçün əlverişli, Ukrayna üçün isə təhlükəlidir.
Bununla yanaşı, etirazçılar Tramp administrasiyasını ölkə daxilindəki sosial və siyasi gərginliyi daha da artırmaqda da günahlandırıblar.
Aksiya dinc şəkildə davam edib və iştirakçılar yaxın günlərdə daha genişmiqyaslı etirazlara hazır olduqlarını bildiriblər.



Bizim.Media

- A-
- A
- A+
Dünya
15:32 / 23.11.2025
“Sən Ukraynanı satdın!” — Vaşinqtonda insanlar Trampa qarşı etiraza qalxdılar - FOTO
Hazırda oxunan: “Sən Ukraynanı satdın!” — Vaşinqtonda insanlar Trampa qarşı etiraza qalxdılar - FOTO
Hazırda oxunan: “Sən Ukraynanı satdın!” — Vaşinqtonda insanlar Trampa qarşı etiraza qalxdılar - FOTO
581964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































