Moskvanın Vnukovo hava limanı bütün uçuşları dayandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
Bildirilib ki, uçuş təhlükəsizliyini təmin etmək üçün Vnukovo hava limanında uçuş və enişlərə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu arada Moskva istiqamətində uçan Ukrayna pilotsuz uçuş aparatı (PUA) vurulub. İnformasiyanı Moskva meri Sergey Sobyanin təsdiq edib.
Onun sözlərinə görə, təcili yardım xidmətləri PUA-nın hissələrinin düşdüyü yerə gediblər.
Sergey Sobyanin ötən gecə daha üç Ukrayna PUA-sının Moskva istiqamətində vurulduğunu da açıqlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:08 / 23.11.2025
Vnukovo hava limanı bütün uçuşları dayandırdı - Moskvaya uçan PUA vuruldu
Hazırda oxunan: Vnukovo hava limanı bütün uçuşları dayandırdı - Moskvaya uçan PUA vuruldu
Hazırda oxunan: Vnukovo hava limanı bütün uçuşları dayandırdı - Moskvaya uçan PUA vuruldu
581953
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































