Avropa İttifaqı artıq Tramp administrasiyasının Ukrayna üzrə təklif etdiyi sülh planına qarşı öz rəsmi kontr-təkliflərini formalaşdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Avropa liderləri bu sənədi Cenevrədə keçirilən danışıqlara özü ilə aparıb və Kiyevin maraqlarını maksimum qorumağa yönəlib.
Mənbənin məlumatına görə, Avropa sənədinin əsas 3 maddəsi bunlardır:
Ukrayna ordusuna heç bir məhdudiyyət qoyulmayacaq.
Avropa razılaşmanın şərti kimi Kiyevin ordusunun sayına və ya strukturuna limit qoyulmasına qəti şəkildə qarşı çıxır. Bu, Tramp planında müzakirə olunan 600 minlik limitin açıq şəkildə rədd edilməsi deməkdir.
Ukrayna strateji obyektlər üzərində nəzarəti bərpa etməlidir.
Avropa təklif edir ki, razılaşmadan dərhal sonra Kiyev yenidən Zaporojye Atom Elektrik Stansiyasına, Kaxovka SES-ə, eləcə də Dneprin üzərindən “maneəsiz keçidlərə” və Kınburn qumu (Kınburnskaya kosa) üzərində nəzarətə sahib olsun.
Digər ərazi məsələləri atəşkəsdən sonra müzakirə ediləcək.
Avropa sənədi vurğulayır ki, Donbas məsələsi atəşkəs naminə güzəşt obyekti olmamalıdır. Yəni Ukrayna cəbhə xəttindən geri çəkilmir, ərazi məsələləri yalnız döyüşlər dayandıqdan sonra ayrıca danışıqlarda müzakirə olunacaq.
WP yazır ki, Avropa İttifaqı bu sənədlə həm Kiyevə əlavə dəstək ifadə edir, həm də Trampın sərt şərtlərini yumşaltmağa çalışır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:36 / 23.11.2025
Avropa Trampın planına CAVAB VERDİ: Ukrayna cəbhə xəttindən geri çəkilmir
Hazırda oxunan: Avropa Trampın planına CAVAB VERDİ: Ukrayna cəbhə xəttindən geri çəkilmir
Hazırda oxunan: Avropa Trampın planına CAVAB VERDİ: Ukrayna cəbhə xəttindən geri çəkilmir
581937
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































