Argentina Cənubi Afrikada keçirilən sammitdə G20-nin yekun sənədini dəstəkləməkdən imtina edib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.
"Argentina Yohannesburqda keçirilən G20 liderlərinin sammiti zamanı yayılan yekun sənədi dəstəkləməyib", - bəyanatda deyilir.
Həmçinin qeyd olunub ki, bu qərar G20-nin fəaliyyətini tənzimləyən konsensus qaydalarının pozulması, eləcə də geosiyasi məsələlərlə bağlı fikir ayrılıqları ilə bağlıdır. “Ölkəmiz təəssüflənir ki, yekun sənəd bütün forum üzvlərinin, o cümlədən Argentina və digərlərinin konsensusu olmadan təsdiq edilib”, - deyə ölkənin Xarici İşlər Nazirliyi bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:18 / 23.11.2025
Argentina G20-nin yekun sənədini dəstəkləmədi
Hazırda oxunan: Argentina G20-nin yekun sənədini dəstəkləmədi
Hazırda oxunan: Argentina G20-nin yekun sənədini dəstəkləmədi
581934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































