Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 3,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə zəlzələ yerli vaxtla saat 00:29-da baş verib. AFAD zəlzələnin 5,25 kilometr dərinliyə çatdığını bildirib.
Qeyd edək ki, Balıkesirin Sındırqı rayonu Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qərarı ilə fəlakət bölgəsi elan olunub.
Bizim.Media






























































































