Luvrdan sonra Avropada daha bir muzey QARƏT EDİLDİ

Luvrdan sonra Avropada daha bir muzey QARƏT EDİLDİ

Hazırda oxunan: Luvrdan sonra Avropada daha bir muzey QARƏT EDİLDİ

581901

Dünyaca məşhur Parisin Luvr muzeyindəki səs-küylü oğurluqdan sonra İsveçrənin Lozanna şəhərində yerləşən Roma Arxeologiya Muzeyi də qarətçilərin hədəfinə çevrilib.

Bizim.Media xəbər verir ki, İsveçrə hakimiyyəti muzeydəki mühafizəçiyə hücum edən, vitrini sındıran və orada nümayiş etdirilən onlarla qızıl sikkəni oğurlayan iki qarətçini axtarır.

Şübhəlilər biletlər alıb digər ziyarətçilər muzeyi tərk edənədək gözləyib, bağlanışa yaxın mühafizəçiyə hücum edib vitrini sındırıblar.

Oğurlanan sikkələrin pul dəyəri dərhal açıqlanmayıb, lakin polis onların “arxeoloji dəyərə” malik olduğunu bildirib.

Oğurluq qızıl qiymətlərinin dünya bazarlarında sürətlə yüksəldiyi, eləcə də Luvrdakı qiymətli daş-qaş oğurluğunun muzeylərin təhlükəsizlik sistemlərinin zəifliyini üzə çıxardığı bir vaxtda baş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO