“Rusiya Federasiyası tərəfindən başladılan Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş hər bir sülh planı Kiyevdə qəbul olunmalıdır. Məhz Ukrayna Putinin cinayətkar təcavüzünün qurbanı olub və məhz ukraynalılar ABŞ və Aİ ölkələrinin dəstəyi ilə sülh danışıqlarında həlledici sözə sahib olmalıdırlar”.
Bizim.Media xəbər verir ki, bunu Polşa prezidenti Navrotski bildirib.
O qeyd edib ki, sülhün bərpası təcavüzkarın strateji məqsədlərinə çatması ilə ola bilməz.
Polşa liderinin sözlərinə görə Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına dair istənilən sülh planı Rusiyanın öz razılaşmalarına əməl etməyən ölkə olduğunu nəzərə almalıdır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:26 / 22.11.2025
Polşa prezidenti: “Sülh Rusiyanın strateji məqsədlərinə nail olmasından ibarət ola bilməz”
Hazırda oxunan: Polşa prezidenti: “Sülh Rusiyanın strateji məqsədlərinə nail olmasından ibarət ola bilməz”
Hazırda oxunan: Polşa prezidenti: “Sülh Rusiyanın strateji məqsədlərinə nail olmasından ibarət ola bilməz”
581849
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































