Zelenski sülh danışıqları üçün nümayəndə heyətini TƏSDİQLƏDİ

Zelenski sülh danışıqları üçün nümayəndə heyətini TƏSDİQLƏDİ

Hazırda oxunan: Zelenski sülh danışıqları üçün nümayəndə heyətini TƏSDİQLƏDİ

581845

Vladimir Zelenski ABŞ-ın təklif etdiyi sülh planı üzrə danışıqlarda iştirak etmək üçün ofisinin rəhbəri Andrey Yermakın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibini təsdiqləyib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncam Zelenskinin rəsmi saytında dərc olunub.
 

Nümayəndə heyətinə həmçinin Ukraynanın Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Hərbi Kəşfiyyat Baş İdarəsinin rəisi Kirill Budanov, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəisi Andrey Qnatov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko, Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislıtsa, Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini Yevgeni Ostryanıskı, SBU rəhbərinin müavini Aleksandr Poklad və Zelenskinin ofisinin rəhbərinin müşaviri Aleksandr Bevz daxil edilib.


Bundan əvvəl Umerov bildirmişdi ki, ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planının bəndləri üzrə Ukrayna və ABŞ arasında konsultasiyalar yaxın günlərdə İsveçrədə başlayacaq.

Tramp qeyd etmişdi ki, Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı ABŞ planını qəbul etməli olacaq.

O, 27 noyabrı Kiyevin ABŞ planını qəbul etməsi üçün uyğun tarix adlandırmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO