Rumıniya F-16-ları havaya QALDIRIB

Rumıniya F-16-ları havaya QALDIRIB

Hazırda oxunan: Rumıniya F-16-ları havaya QALDIRIB

581811

Ötən gecə Rumıniyanın Borçə şəhərindəki 86-cı aviabazadan iki F-16 Fighting Falcon döyüş təyyarəsi təcili çağırışla havaya qaldırılıb və Ukrayna ilə sərhəddə hava vəziyyəti izlənilib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

“Rumıniyanın hava məkanına pilotsuz uçuş aparatlarının daxil olması qeydə alınmayıb, F-16 Fighting Falcon təyyarələri Borçə bazasına geri dönüb”, — deyə məlumatda qeyd olunub.
 

Bundan əvvəl Rusiyanın Buxarestdəki səfirliyi Rumıniya Xarici İşlər Nazirliyinin iddia etdiyi kimi, rus pilotsuz təyyarəsinin ölkənin hava sərhədini pozması ittihamını rədd etmişdi.


Eyni zamanda Rumıniya Müdafiə Nazirliyi bildirib ki, 2022-ci ildən etibarən Ukrayna təyyarələri ölkənin hava məkanını yeddi dəfə pozub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO