TƏCİLİ! Türkiyənin qəzaya uğrayan təyyarəsində partlayıcı izi tapıldı? – HESABAT AÇIQLANDI

TƏCİLİ! Türkiyənin qəzaya uğrayan təyyarəsində partlayıcı izi tapıldı? – HESABAT AÇIQLANDI

Hazırda oxunan: TƏCİLİ! Türkiyənin qəzaya uğrayan təyyarəsində partlayıcı izi tapıldı? – HESABAT AÇIQLANDI

581687

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsinə aid hissələrin tədqiqi zamanı partlayıcı izinə rast gəlinməyib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti özəl mənbələrindən məlumat əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə MN qəza ilə bağlı bütün suallara cavab verdi


İlkin hesabata görə, Jandarma Kriminal Laboratoriyası hadisədə partlayıcı maddənin izinə rast gəlinmədiyini bildirib.

Bildirilib ki, təyyarəyə aid hissələr Kayseridə ətraflı şəkildə araşdırılacaq.

"Kriminal Laboratoriyanın hesabatında hadisəyə səbəb kimi partlayıcı izinə rast gəlinmədiyi qeyd olunub".

Məlumatda həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin son vəziyyətə dair açıqlamasına da toxunulub:

"Təyyarənin qara qutusunun incələnməsinə və qəza araşdırma qrupunun hadisə yerindəki fəaliyyətləri davam edir. Aparılan ətraflı təhlilin nəticələri ictimaiyyətlə paylaşılacaq".

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO