Pentaqon nümayəndə heyətinin Kiyevə səfəri zamanı “Uitkoffun sülh planı”nı müzakirə etmək niyyəti olmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə WSJ nəşri yazıb.
Mənbə qeyd edir ki, ABŞ quru qoşunları naziri Den Driskoll və ordunun iki yüksək rütbəli generalı Kiyevə döyüş əməliyyatı planlarını və mümkün sülh danışıqlarını müzakirə etmək üçün səfər ediblər. Bu, Trampın Ağ Evə qayıdışından sonra amerikalı rəsmilərin ən yüksək səviyyəli səfəridir.
Bildirilir ki, Ağ Evin xüsusi elçisi Uitkoff ABŞ-ın yeni sülh təklifindən Driskollu məlumatlandırsa da, o, bu planın hər hansı bir ideyasını Kiyevdə təqdim etməyi planlaşdırmayıb.
Bizim.Media



























































































