“Türkiyə Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün mümkün addımlar atmağa çağırır. İstanbul danışıqları zamanı tərəflər atəşkəs və sülh perspektivlərini birbaşa müzakirə etmək imkanına malik idilər. Bu gün Zelenski ilə İstanbul danışıqlarının davam etdirilməsini də müzakirə etdik”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ankarada Ərdoğanla Zelenski arasında görüş KEÇİRİLİR
Ərdoğan müharibənin dağıdıcı nəticələrinin tərəflərə getdikcə daha çox təsir göstərdiyini bildirib:
“Mövcud vəziyyətdə İstanbuldakı danışıqlar sülhə doğru diplomatik səylərin xüsusilə vacib bir mərhələsidir”.
Bizim.Media






























































































