ABŞ Senatında büdcə müzakirələri zamanı gərginlik yaşanıb.
Bizim.Media xəbər verir ki, respublikaçı deputat Con Kennedi çıxışında Bayden administrasiyasının dövlət büdcəsi hesabına xarici ölkələrdə maliyyələşdirdiyi layihələri sadalayıb.
O, əvvəlki hökumətin Haitidə kişi fahişələr üçün qənnadçılıq dərslərinə 3,6 milyon dollar, Nepalda transgender proqramlarına 833 min dollar, Zambiyada sünnət və vazektomiya layihələrinə 3 milyon dollar, Qərbi Balkan regionu və Uqandada LGBT proqamına 4,2 milyon dollar ayırdığını diqqətə çatdırıb.
“Demokratların sosialist qanadı istəyir ki, bu vəsaitləri bərpa edək, ya da hökuməti bağlayaq”, - deyə senator bildirib.
Kennedinin sözügedən faktları ifşa etməsi demokartların sərt etirazına səbəb olub.
Qeyd edək ki, Respublikaçı senatorun çıxışı Bayden administrasiyasının xarici proqramlara ayrılan vəsaitlərini yenidən gündəmə gətirib.
Respublikaçılar bu xərcləri israf hesab edir, demokratlar isə bu vəsaitlərin “insan hüquqları və ictimai sağlamlıq layihələri” üçün ayrıldığını iddia edirlər.
Xatırladaq ki, ABŞ-da Demokratlar və Respublikaçıların büdcə ilə bağlı anlaşmazlıqları səbəbindən oktyabrın 1-dən etibarən hökumətin maliyyələşməsi dayandırılıb.
43 günlük müzakirələrdən sonra tərəflər yekun razılığa gəliblər və noyabrın 13-də “şatdaun” başa çatıb.
Bizim.Media

































































































