"ChatGPT"yə rəqib gəlir – BU DƏFƏ ÇİNDƏN - FOTO

"ChatGPT"yə rəqib gəlir – BU DƏFƏ ÇİNDƏN - FOTO

Hazırda oxunan: "ChatGPT"yə rəqib gəlir – BU DƏFƏ ÇİNDƏN - FOTO

581193

Çinin “Alibaba Cloud” texnologiya şirkəti Qwen adlı pulsuz tətbiqi, virtual asistenti istifadəyə verib. Yaxın vaxtlarda ChatGPT-yə rəqabət yaratmaq üçün çat-botun beynəlxalq versiyası da işə salınacaq.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, tətbiq “Alibaba Cloud”un açıq mənbəli öz dil modelinə əsaslanıb.

Çat-bot istifadəçi ilə, o cümlədən rus dilində ünsiyyət qura bilir. O, fərdi İA köməkçisi kimi tapşırıqları yerinə yetirməyə yönəlib.

Fevral ayında “Alibaba Cloud”un ana şirkəti Alibaba üç il ərzində bulud platformaları və süni intellekt infrastrukturunun yaradılmasına 380 milyard yuan (təxminən 52 milyard dollar) sərmayə qoyacağını bəyan etmişdi.

Çin süni intellekt sahəsində böyük inkişaf dövrü yaşayır. Bu sahənin liderləri arasında Alibaba, Baidu, DeepSeek, Moonshot AI, Tencent və Zhipu AI şirkətləri var.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO