Rusiyada azərbaycanlı arvadını xilas edərkən öldü – VİDEO

Rusiyada azərbaycanlı arvadını xilas edərkən öldü – VİDEO

Hazırda oxunan: Rusiyada azərbaycanlı arvadını xilas edərkən öldü – VİDEO

581157

Moskva vilayətinin Vıdnoye şəhərində baş verən yanğında iki nəfər həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə regionun FHN Baş İdarəsi məlumat verib.

“21:49-da ünvana — Vıdnoye, Vokzalnaya küçəsi, 1 — yanğın barədə məlumat daxil olub.

Yanğınsöndürənlər hadisə yerinə çatanda binanın içərisində 30 kvadratmetr sahədə yanğın müşahidə olunub. Yanğın nəticəsində dörd nəfər xəsarət alıb, onlardan ikisi həlak olub”, — deyə agentliyin həmsöhbəti bildirib.

Yanğın gecə söndürülüb. Ocağın kafenin içərisində yarandığı müəyyən edilib.

Moskva vilayəti üzrə İstintaq Komitəsi yanğın və kişi ilə qadının ölümü faktı ilə bağlı yoxlamaya başlayıb. İlkin versiyaya görə, yanğının səbəbi elektrik naqillərindəki nasazlıq olub. Vilayət prokurorluğu dəqiqləşdirib ki, yanğın ehtimal ki, asan alışan materiallardan başlayıb.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü hissəsi (ehtiyatsızlıqdan iki nəfərin ölümünə səbəb olma) üzrə cinayət işi açılıb.

Oxu.az-ın məlumatına görə, ölənlərdən biri Azərbaycan vətəndaşıdır. Həmin şəxsin Goranboy rayonunun Xoylu kənd sakini Elbrus Qasımov olduğu bildirilib.

Uzun müddət Rusiyada yaşayan E.Qasımovun yanan kafedə olan həyat yoldaşını xilas etmək üçün özünü oda atdığı qeyd olunub.

Hazırda həmyerlimizin nəşinin Azərbaycana yola salınması üçün tədbirlər görülür.

E.Qasımovun xanımı isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO