Dünyanın ən varlı ŞƏHƏRİ

Dünyanın ən varlı ŞƏHƏRİ

Hazırda oxunan: Dünyanın ən varlı ŞƏHƏRİ

581113

Yaponiyanın paytaxtı Tokio dünyanın 300 ən varlı şəhərinin reytinqində birinci yeri tutub.

Bizim.Media xəbər verir ki, reytinq "CEOWORLD Magazine" jurnalı tərəfindən tərtib edilib.

"Tokio növbəti dəfə 2025-ci ildə dünyanın ən varlı şəhəri adına layiq görülüb", - deyə materialda qeyd olunub.

Nəşrin məlumatına əsasən, Tokionun ümumi daxili məhsulu 2.55 trilyon dollara çatıb. Nyu-York şəhəri 2.49 trilyon dollarlıq ÜDM ilə siyahıda ikinci yerdə qərarlaşıb.

Daha bir ABŞ meqapolisi - Los-Anceles 1.62 trilyon dollarlıq ÜDM ilə ilk üçlüyü tamamlayıb. Siyahının davamında London (1.47 trilyon dollar), Seul (1.42 trilyon dollar) və Paris (1.39 trilyon dollar) gəlirlər.

Araşdırmada vurğulanır ki, reytinqdə ilk on şəhər dünya iqtisadiyyatının təxminən üçdə birini formalaşdırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO