Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

Hazırda oxunan: Hamilə qadın qarın boşluğu açılmadan əməliyyat olundu - Dünyada ilk dəfə

580917

Dünyada ilk dəfə olaraq İsrailin Petax-Tikva şəhərində yerləşən Rabin Tibb Mərkəzinin həkimləri hamiləlik dövrünün sonlarında olan qadın üzərində qarın boşluğu açılmadan robotlaşdırılmış əməliyyat həyata keçiriblər.

Bizim.Media xəbər verir ki, 23 yaşlı pasiyent Tsofiya Leyboviç əməliyyatdan bir neçə həftə sonra sağlam qız uşağı dünyaya gətirib.

O, hamiləliyin 32-ci həftəsində təcili xəstəxanaya yerləşdirilib və həkimlər dərhal robotik rezeksiya əməliyyatı keçirmək qərarına gəliblər.

Həkimlərin sözlərinə görə, belə kritik vəziyyətlərdə adətən qarın boşluğunun açıq əməliyyatı həyata keçirilir ki, bu da əksər hallarda erkən doğuşa səbəb olur. Bu dəfə həkimlər hamiləliyi qorumaq və laparoskopik müdaxilə etmək qərarına gəliblər.

Laparoskopik üsul Leyboviçin hamiləliyi davam etdirməsinə və təbii yolla doğuş etməsinə şərait yaradıb. Bundan əvvəl bu cür əməliyyatlar belə gec hamiləlik dövründə olan qadınlar üzərində həyata keçirilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO