ABŞ vitse-prezidenti Cey Di Vensin korteji noyabrın 14-də qəzaya düşüb.
Bizim.Media ABC News-a istinadla xəbər verir ki, qəza nəticəsində bir polis əməkdaşı ağır xəsarət alıb.
İnsident Tennessi ştatının Merivil şəhərində qeydə alınıb. Həmin gün Vensin müşayiəti zamanı kortejə daxil olan və polisə məxsus "SUV" tipli avtomobil qəzaya düşüb.
Qəza zamanı polis əməkdaşı Castin Braun ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kritik olduğu və əməliyyat olunduğu bildirilir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:00 / 16.11.2025
Cey Di Vensin korteji qəzaya düşdü
Hazırda oxunan: Cey Di Vensin korteji qəzaya düşdü
Hazırda oxunan: Cey Di Vensin korteji qəzaya düşdü
580912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































