İtaliya Prezidenti: Müharibə ən çox mülki insanlara təsir edir

İtaliya Prezidenti: Müharibə ən çox mülki insanlara təsir edir

Hazırda oxunan: İtaliya Prezidenti: Müharibə ən çox mülki insanlara təsir edir

580881

Biz qətiyyətlə bildirməliyik ki, təcavüzkar müharibə cinayətdir.

Bizim.Media xəbər verir ki, bunu İtaliya Prezidenti Sercio Mattarella deyib.

“Bu gün bombanı sevməli olduğumuzu iddia edənlər var. Lakin Nigeriyadan Balkan ölkələrinə, Ruandadan Suriyaya, Sudana, Ukraynaya və Qəzza zolağına qədər olan proseslər bizə göstərir ki, müharibə ən çox mülki insanlara təsir edir. Birləşmiş Millətlər Təşkilatının və Cenevrə Konvensiyaları qanuna əsaslanan sülhə ümid yaradıb və fundamental bir prinsipi təsdiqləyib:

mülki əhali hər vəziyyətdə qorunmalıdır. BMT-nin məlumatına görə, münaqişə qurbanlarının 90 faizdən çoxu mülki şəxslərdir. Bu, cəzasız qala bilməz. Qətiyyətlə təkrarlanmalıdır: xalqın suverenliyi qonşusuna qarşı müharibə aparmaq hüququnda ifadə olunmur. Bir millətin uğur qazanmaq istəyi ədalətsizliyə səbəb olmamalıdır. Təcavüzkar müharibə cinayətdir”, - deyə İtaliya Prezidenti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO