"Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

"Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

Hazırda oxunan: "Dünyanın ən gözəl qadını" seçildi - SİYAHI

580625

Aktrisa Emma Stoun "Dünyanın ən gözəl qadını" seçilib.

Bizim.Media xəbər verir ki, 37 yaşlı aktrisanın üz cizgilərinin ideallığa 94,72% yaxın olduğu bildirilib.

Aktrisanın alnı qızıl nisbətə 94,8%, qaşları 94,2%, dodaqları 95,6%, gözlərinin yerləşməsi 94,2%, çənəsi 94,6%, burnu 93,4%, aşağı burnunun dodaq eninə nisbəti 95,3% və üz forması 93,4% uyğun gəlir.

Siyahıda Stoundan sonra qızıl nisbətə 94,37% uyğun gələn aktrisa Zendaya (Zendaya Koulman) olub. Onun dodaqları 99,5%, gözləri isə 97,3% yaxındır. Burnu 88,5% yaxın, qaşları 91% yaxın və üz forması 92%-dir.

Siyahının daha aşağısında aktrisalar Frida Pinto (94,34%), Vanessa Kirbi (94,31%), Cenna Orteqa (93,91%) və müğənni Oliviya Rodriqo (93,71%) yer alır.

"Barbi" rolunu canlandıran Marqo Robbi (93,43%) bu siyahıda yeddincidir. Onun üz nisbətləri qızıl nisbətə 93,43% uyğun gəlir. Sonrakı yerdə aktrisalar Ayşvariya Ray (93,41%), ardınca Tan Vey (93,08%) gəlir.

İlk 10-luğu Beyons (92,4%) tamamlayır. (axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO