Dünyanın heç kimə lazım olmayan TORPAQLARI – Dövlətlər niyə bu ərazilərə SAHİB ÇIXMIR?

Dünyanın heç kimə lazım olmayan TORPAQLARI – Dövlətlər niyə bu ərazilərə SAHİB ÇIXMIR?

Hazırda oxunan: Dünyanın heç kimə lazım olmayan TORPAQLARI – Dövlətlər niyə bu ərazilərə SAHİB ÇIXMIR?

580423

Dünya xəritəsində demək olar ki, bütün torpaqlar müəyyən dövlətlərin hakimiyyəti altındadır. Lakin elə ərazilər də var ki, onlar heç bir ölkəyə məxsus sayılmır. Bu cür torpaqlar “terra nullius” — yəni “heç kimə aid olmayan torpaq” adlanır.

Müasir dövrdə “terra nullius” nümunələri çox az qalıb.

Onlardan ən tanınmışı Bir-Tavil adlı Misir və Sudan arasında yerləşən səhralıq ərazidir. Təxminən 2.060 km²-lik ərazisi var.

Bundan başqa, Antarktidadakı Marie Bird Land (1,6 milyon km²) və Avropada – Serbiya ilə Xorvatiya arasındakı Liberland (7 km²) kimi ərazilər də “sahibsiz torpaq” adı alıblar. Sonuncu qismən də olsa, ad alıb. 2015-ci ildə çex siyasətçi Vít Jedliçka bu ərazidə “Liberland Respublikası” adlı yeni dövlət elan etdi. Liberland mikrodövlət kimi təqdim olunsa da, onun əhalisi virtualdır, yəni onlayn vətəndaşlıq almaq olar.

“Sahibsiz torpaqlar” sırasında Avstraliyadakı Hutt çayı yaxınlığında 75 kvadrat kilometr ərazini əhatə edən bölgə də var.

Danimarkada yerləşən Elleore krallığına isə sahib çıxan tapıldı, amma ömrü qısa oldu. 1944-cü ildə Danimarka sahillərində kiçik bir adada qurulan Elleore Krallığı ildə cəmi bir həftə fəaliyyət göstərdi. Vətəndaşları öz mahnılarını, rəqslərini, hətta idman növlərini yaratmışdılar.

Bu torpaqlara niyə sahib çıxan yoxdur?

Əsasən qeyri-münbit olduğunu, istifadəyə yararsızlığını səbəb gətirirlər, amma bu məntiqlə yanaşanda hər bir dövlətin bu tipli ərazilərini görmək mümkündür. Tarixi səbəb kimi isə sadəcə sərhəd və xərritəçəkmədəki uyğunsuzluq göstərilir.
 

Məsələn, 1899-cu ildə Böyük Britaniya Misir və Sudanın sərhədini 23-cü paralel boyunca çəkmişdi. 1902-ci ildə isə yerli qəbilələrin yaşayışına əsaslanaraq başqa, daha praktik xəritə hazırlanmışdı. Bu iki xəritə bir-biri ilə ziddiyyət təşkil edir: Misir birinci (1899), Sudan isə ikinci (1902) xəritəni əsas götürür. Misir Hala’ib Üçbucağını (dəniz kənarında olan, dəyərli ərazi) özünə aid sayır. Sudan da bu əraziyə göz dikib, amma Bir Tavili götürsə, Hala’ibdən imtina etmiş kimi görünəcək.
 


Digər ərazi isə 1959-cu il Antarktida Müqaviləsinə əsasən yalnız elmi tədqiqat məqsədi ilə istifadə oluna bilər, daimi məskunlaşma qadağandır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO