Nepal Parlamenti buraxıldı

Nepal Parlamenti buraxıldı

Hazırda oxunan: Nepal Parlamenti buraxıldı

5803

Nepal prezidenti Bidxa Devi Bxandari parlamentin aşağı palatasını buraxıb və ümumi seçkilər üçün tarix təyin edib.

Bizim.Media “Himalayan Times” qəzetinə istinadən xəbər verir ki, Bxandari bu sərəncamı, Nepal Baş Naziri Khadga Prasad Sharma Olinun tövsiyəsinə əsasən verib.

Bundan əlavə, o, hökumətin ümumi seçkilərin iki turda - 30 aprel və 10 may 2021-ci il tarixli keçirilməsinə dair tövsiyələrini də təsdiqləyib.

Qəzet qeyd edir ki, hökumət bu tövsiyələri hakim partiyanın daxilində baş verən siyasi böhrandan sonra verib. Belə ki, müxalifət Nepal Kommunist Partiyasından seçilən baş nazirin istefasını tələb edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO