İlon Mask ehtimal edib ki, təxminən 20 ildən sonra insanlar öz şüurlarını robotlara yükləmək, yəni yaddaşlarını, şüurunu və ya şəxsiyyətini bioloji olmayan bədənə köçürmək imkanına sahib ola bilərlər. Konsepsiya elmi fantastikaya bənzəsə də, Mask bunu öz real layihələri ilə, yəni, beyin-kompüter interfeysi yaradan “Neuralink” startapı və “Tesla” şirkətinin insanabənzər robotlar istehsalı planları ilə əlaqələndirir.
Bu barədə Bizim.Media xarici mediaya istinadla xəbər verir.
“Əgər proses tamamilə təhlükəsiz olarsa siz fövqəlbəşər qabiliyyətlərə sahib ola bilərsəniz. Məsələn, yaddaşınızı itirməmək üçün onu yükləmək imkanınız olsa, düşünürəm ki, bir çox insan bunu üstün tutardı”, – deyə İlon Mask amerikalı videobloqer Leks Fridmanla söhbətində bildirib.
Bəzi media resurslarında “20 il” rəqəmi qeyd olunsa da, Maskın istinad etdiyi vaxt çərçivələri çox zaman təxmini və ehtimal xarakter daşıyır.
Mask həmçinin etiraf edib ki, robotdakı düşüncə orijinal insan şüurunun demək olar ki, eynisi olacaq.
Bizim.Media

































































































