Gürcüstan sərhədində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya düşməsi nəticəsində şəhid olan Hərbi Hava Qüvvələri texniki qulluq başçavuşu Əmrah Kuranın (37 yaş) Muğlanın Milas rayonundakı ata evinə xəbər çatdırılıb.
MÖVZU İLƏ BAĞLI:
Həlak olan ekipaj üzvlərinin FOTOLARI
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.
Belə ki, Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan sərhədində baş verən qəza nəticəsində şəhid olan Əmrah Kuranın ailəsinə hərbi nümayəndə heyəti tərəfindən şəhidlik xəbəri verilib. Xəbəri alan ata Osman Kuran və ana Huriye Kuran göz yaşlarını saxlaya bilməyiblər.
Şəhidin ata evinin yerləşdiyi küçəyə Türkiyə bayrağı asılıb, yaxınları və qonşuları evə axışaraq ailəyə başsağlığı veriblər. Əmrah Kuranın evli və üç uşaq atası olduğu bildirilib.
Bundan əlavə, Muğla Böyükşəhər Bələdiyyə Başçısı Ahmet Aras, Milas Kaymakamı Mustafa Ünver Böke və digər rəsmi nümayəndələr də şəhidin ailəsini ziyarət edərək başsağlığı bildiriblər.
Bizim.Media





























































































