Ukrayna Müdafiə Qüvvələri Zaporojye vilayətində iki istiqamətdə beş yaşayış məntəqəsi yaxınlığındakı mövqelərdən geri çəkilməyə məcbur olub.
Bizim.Media xəbər verir ki, bu barədə Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin bildirib.
"Artıq bir neçə gündür ki, Zaporojyedə, xüsusilə Oleksandrivsk və Qulyapolsk istiqamətlərində intensiv döyüşlər davam edir.
Düşmən Ukrayna Silahlı Qüvvələrini mövqelərindən çıxarmaq üçün bütün silahlardan istifadə edir. silah-sursatdan istifadə etməklə gündəlik 400-dən çox artilleriya hücumu) şəxsi heyətin həyatını qorumaq üçün müdafiə qüvvələri Novouspenovskoye, Novoye, Oxotniçye, Novonikolayevka, Uspenovka yaşayış məntəqələri yaxınlığındakı mövqelərdən geri çəkilməyə məcbur edilib", - deyə o qeyd edib.
Voloşinin sözlərinə görə, Rivnepillia, Sladke və Yabloçne üçün şiddətli döyüşlər gedir.
Bizim.Media






























































































