Gürcüstan Hava Naviqasiya Xidməti: “Türkiyə təyyarəsi həyəcan siqnalı vermədən radarlardan itib”

Gürcüstan Hava Naviqasiya Xidməti: “Türkiyə təyyarəsi həyəcan siqnalı vermədən radarlardan itib”

Hazırda oxunan: Gürcüstan Hava Naviqasiya Xidməti: “Türkiyə təyyarəsi həyəcan siqnalı vermədən radarlardan itib”

580038

Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.

Bizim.Media Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Hava Naviqasiya Xidməti yayıb.

Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

"Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin "C-130" təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb", – məlumatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO