Xəstəxanaya da niqabsız buraxmırlar... – Əfqanıstanda qadağalar SƏRTLƏŞDİRİLİR

Xəstəxanaya da niqabsız buraxmırlar... – Əfqanıstanda qadağalar SƏRTLƏŞDİRİLİR

Hazırda oxunan: Xəstəxanaya da niqabsız buraxmırlar... – Əfqanıstanda qadağalar SƏRTLƏŞDİRİLİR

579907

Əfqanıstanın Herat vilayətində bütün qadın müəllimlər üçün niqab geyinmək məcburi olub.

Bizim.Media “Amu TV”yə istinadla xəbər verir ki, bu barədə vilayətin “Taliban” tərəfindən təyin olunan vilayət qubernatoru məlumat yayıb.
 

Məlumata görə, məhdudiyyətlər yalnız məktəblərlə məhdudlaşmır. Niqab geyinməyən qadınlar xəstəxanalara, nikah idarələrinə, təhsil departamentinə, banklara və digər dövlət qurumlarına buraxılmır. 


Şahidlərinin bildirdiyinə görə, hətta islam hicabı geyinən qadınlar da bəzən saatlarla küçədə gözləməyə məcbur qalır və içəri buraxılmırlar.

“Kabul Now” yazır ki, hakimiyyət taksi sürücülərinə niqab geyinməyən qadınları daşımağı qadağan edib. Yerli mənbələrin verdiyi məlumata görə, “Taliban” qüvvələri yeni qaydaların icrasına nəzarət etmək üçün yoxlama məntəqələri qurublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO