Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsdən azad edilib.
Bizim.Media “UNİAN”a istinadən xəbər verir ki, Paris Apellyasiya Məhkəməsi prokurorluğun müraciəti əsasında Sarkozinin həbs cəzasını məhkəmə nəzarəti ilə əvəzləyib.
Azadlığa buraxıldıqdan sonra 70 yaşlı Sarkoziyə elektron nəzarət qolbağı taxmaq və istintaq işi üzrə ittiham olunanlar və şahidlərlə əlaqə saxlamamaq tələbi qoyulub.
Xatırladaq ki, sentyabr ayında məhkəmə Sakozini 2007-ci il seçki kampaniyasını Liviyanın vəsaitləri ilə qanunsuz maliyyələşdirməkdə təqsirli bilərək 5 il müddətinə azadlıqdan məhrum etmişdi. Bundan əlavə, sabiq dövlət başçısına 100 min avro məbləğində cərimə və 5 il ərzində dövlət vəzifəsi tutmaq qadağası qoyulmuşdu.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:14 / 10.11.2025
Sarkozi yenidən AZADLIQDA
Hazırda oxunan: Sarkozi yenidən AZADLIQDA
Hazırda oxunan: Sarkozi yenidən AZADLIQDA
579900
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































