Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya prezidenti Vladimir Putin təhlükəsizlik zəmanəti ilə bağlı Moskvanın təkliflərinə ABŞ və NATO-nun cavablarını lazım bildiyi zaman şərh edəcək.
Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, Kreml sözçüsü bununla bağlı sualı cavablandırıb:
"O, lazım bildiyi anda bunu edəcək. Mən sizə dəqiq tarixi deyə bilmərəm".
Xatırladaq ki, ötən il dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Moskvanın Vaşinqton və NATO-dan gözlədiyi təhlükəsizlik təminatlarına dair Rusiya sazişlərinin layihələrini dərc edib.
ABŞ və alyans üzvləri ilə 2 saziş - NATO-nun şərqə doğru genişləndirilməsindən, o cümlədən Ukraynanın ona daxil olmasından imtinanı, habelə ciddi hücum silahlarının, xüsusən də nüvə silahlarının yerləşdirilməsinə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
Yanvarın 26-da ABŞ və NATO təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərə yazılı cavabları Rusiyaya təhvil verib.
Onların fikrincə, Qərb Rusiya üçün prinsipial güzəştə getməyib, lakin gələcək danışıqların istiqamətlərini müəyyən edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:09 / 31.01.2022
Kremldən açıqlama: “Putin vaxt gələndə NATO və ABŞ-a cavab verəcək”
Hazırda oxunan: Kremldən açıqlama: “Putin vaxt gələndə NATO və ABŞ-a cavab verəcək”
Hazırda oxunan: Kremldən açıqlama: “Putin vaxt gələndə NATO və ABŞ-a cavab verəcək”
57980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.