Zelenski ilə Trampı Britaniya kralı barışdırıb?

Zelenski ilə Trampı Britaniya kralı barışdırıb?

Hazırda oxunan: Zelenski ilə Trampı Britaniya kralı barışdırıb?

579794

Ukrayna prezidenti Volodimir Zelenski The Guardian qəzetinə müsahibəsində bildirib ki, ABŞ prezidenti Donald Trampla Oval kabinetdə yaşanan açıq mübahisədən sonra Böyük Britaniya kralı III Karl iki siyasətçi arasında münasibətlərin normallaşmasına yardım edib.

Bizim.Media xəbər verir ki, Ukrayna lideri monarxın bu məsələdə “həlledici rol” oynadığını və həmin hadisədən sonra Trampın Kiyevə dəstəyinin “daha səmimi” hala gəldiyini vurğulayıb.

“Bütün təfərrüatları bilmirəm, amma anlayıram ki, Zati-aliləri prezident Trampa bir neçə mühüm siqnal göndərib”, – deyə Zelenski bildirib.
 

Onun sözlərinə görə, ABŞ lideri kralı hörmətlə qarşılayır və onu “çox mühüm şəxs” hesab edir, halbuki bu münasibəti “çox az adama” göstərir. Zelenski həmçinin qeyd edib ki, III Karl sentyabrda Tramp ilə şəxsi görüş keçirib.


Xatırladaq ki, söhbət bu ilin 28 fevralında Vaşinqtonda baş tutan Zelenski–Tramp danışıqlarından gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO