Bakılı jurnalistə Türkiyədə beynəlxalq media mükafatı təqdim edildi

Bakılı jurnalistə Türkiyədə beynəlxalq media mükafatı təqdim edildi

Hazırda oxunan: Bakılı jurnalistə Türkiyədə beynəlxalq media mükafatı təqdim edildi

579696

Bakıda dünyaya gələn rusiyalı jurnalist və media meneceri Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib.

Bizim.Media xəbər verir ki, mükafatın təqdim edilməsi mərasimi noyabrın 8-də Türkiyənin Alanya şəhərində keçirilib.

Türk Dövlətləri Təşkilatı Baş katibinin müavini Ömer Kocaman media mükafatını Mixail Qusmana təqdim edib.
 

Tədbirdə Mixail Qusmanın uzun illər beynəlxalq media məkanında səmərəli fəaliyyətindən bəhs olunub. Həmçinin qeyd edilib ki, jurnalist Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinə və siyasi fəaliyyətinə həsr olunmuş sənədli filmin müəllifidir.


Türkiyə Jurnalistlər Birliyi onun fəaliyyətini beynəlxalq informasiya əlaqələrinin möhkəmləndirilməsinə və peşəkar jurnalistika prinsiplərinin təşviqinə əhəmiyyətli töhfə kimi qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO