Rusiyada sərnişin təyyarəsini ildırım vurdu

Rusiyada sərnişin təyyarəsini ildırım vurdu

Hazırda oxunan: Rusiyada sərnişin təyyarəsini ildırım vurdu

57969

Soçi hava limanına enən təyyarəni ildırım vurub, gəmi sağ-salamat yerə enib, lakin uçuşu dayandırılıb.

Bizim.Media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kuban hava limanlarının operatoru olan “Aerodinamika” məlumat yayıb. 

Mənbə qeyd edir ki, hadisə yanvarın 29-da baş verib. Nordwind avia şirkətinin təyyarəsi Krasnoyarsk-Soçi reysi ilə uçurmuş.

“İldırım vurması şənbə günü baş verib, eniş uğurla başa çatıb”, - məlumatda deyilir.

Eyni zamanda, hava limanının mətbuat xidməti bildirir ki, ildırım uçuş zamanı deyil, enişdən sonra gəmiyə baxış zamanı aşkar edilib. 

“Ekipaj havada ildırım vurduğunu hiss etməyib. Zərbə faktı texniki xidmət stansiyasının texniki işçiləri tərəfindən uçuşdan sonra yoxlama zamanı aşkar edilib”, - deyə mətbuat xidmətindən bildirilib.
Sərnişinlər ehtiyat təyyarə ilə yola salınıb, layner isə müvəqqəti olaraq uçuşları dayandırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO