Kobaxidze: “Çin, Azərbaycan, Gürcüstan iqtisadi əlaqələr tərəfdaşlığı üçün çox maraqlı bir marşrut yaradır”

Kobaxidze: “Çin, Azərbaycan, Gürcüstan iqtisadi əlaqələr tərəfdaşlığı üçün çox maraqlı bir marşrut yaradır”

Hazırda oxunan: Kobaxidze: “Çin, Azərbaycan, Gürcüstan iqtisadi əlaqələr tərəfdaşlığı üçün çox maraqlı bir marşrut yaradır”

579632

“Gürcüstan “Bir kəmər, bir yol” təşəbbüsündə güclü rol oynamaq üçün hər şeyi edir. Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan iqtisadi əlaqələr və ticarət tərəfdaşlığı üçün çox maraqlı bir marşrut yaradır, buna görə də biz Orta Dəhliz, Trans-Xəzər dəhlizinin gücləndirilməsi ideyasına sadiqik və buna görə də Gürcüstanın əməkdaşlığın gücləndirilməsi baxımından çox müsbət rol oynaya biləcəyini düşünürük”.

Bizim.Media xəbər verir ki bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O qeyd edib ki, Gürcüstan hökuməti ölkənin tranzit funksiyasını mümkün qədər bərpa etmək istəyir: “Bu məqsədlə xüsusilə infrastruktur, magistral yol tikintisi, dəniz limanları, hava limanları və dəmir yollarına böyük sərmayələr qoyuruq ki, Gürcüstan dünyanın müxtəlif hissələri ilə əlaqə baxımından daha güclü oyunçuya çevrilsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO