Peskovun babası 26 Bakı komissarından biri olubmuş... – SENSASİON DETALLAR – FOTO

Peskovun babası 26 Bakı komissarından biri olubmuş... – SENSASİON DETALLAR – FOTO

Hazırda oxunan: Peskovun babası 26 Bakı komissarından biri olubmuş... – SENSASİON DETALLAR – FOTO

579414

Kremlin mətbuat katibi Dmitri Peskovun ulu babası Yakov Zevin 1918-ci ildə güllələnən 26 Bakı komissarından biri olub.

Bizim.Media xəbər verir ki, bu barədə “Proekt” nəşrinin araşdırmasında bildirilib..
 

Məlumata görə, Onun ölümündən sonra Vladimir Lenin şəxsən ailəsinə Moskvada mənzil ayırıb. Peskovun ulu nənəsi isə Nadejda Krupskaya ilə birlikdə Xalq Maarif Komissarlığında (Narkompros) çalışıb və Leninin ailəsinə yaxın şəxs sayılıb.


Peskovun anası Nadejda Zevina gənclik illərində Qırmızı Ordunun Hərbi Hava Qüvvələrində aparılan “partiya təmizləmələri”ndə iştirak edib, daha sonra isə Lenin Muzeyində çalışıb. Onun xidmət yerləri barədə məlumatlar məxfiləşdirilib. Araşdırma müəlliflərinin fikrincə, bu məqam xüsusi xidmət orqanları ilə əlaqəyə işarə edir. 

Zevin ailəsi Moskvanın Presnya rayonundakı elita binasında – KQB əməkdaşlarının qonşuluğunda yaşayırmış.

Dmitri Peskovun atası Sergey Peskov Asiya və Afrika Ölkələri İnstitutunun məzunu olub, uzun illər Yaxın Şərqdə “dostluq cəmiyyətləri” adı altında fəaliyyət göstərib. Araşdırma müəllifləri bunu sovet dövrü kəşfiyyat əməkdaşları üçün tipik “maskalanma” kimi qiymətləndirirlər. 

Diplomat ailəsində doğulan Dmitri Peskov uşaqlığını xarici ezamiyyətlərdə keçirib. 
Peskovun karyerasında dönüş nöqtəsi isə nikahları ilə bağlı olub. 
 

Onun ilk həyat yoldaşı marşal Semyon Budyonnının nəvəsi Anastasiyadır. Məhz bu evlilik hesabına Peskov ilk dəfə xaricdə - Türkiyədə çalışmaq imkanı qazanıb. Anastasiyadan boşandıqdan sonra o, diplomat Vladimir Solotsinskinin qızı Yekaterina ilə evlənib. Məhz Solotsinski sonradan Peskovu 1999-cu ildə Boris Yeltsinin Türkiyə səfərində iştirak üçün tövsiyə edib.


Beləliklə, Dmitri Peskov Kremlin dairələrinə daxil olub və zamanla Vladimir Putinin əsas kadrlarından birinə – prezidentin ictimai imicinə cavabdeh şəxsə çevrilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO