HƏMAS Avstriyadakı yəhudilərə qarşı terror aktı planlaşdırıb - Gizli silah anbarı...

HƏMAS Avstriyadakı yəhudilərə qarşı terror aktı planlaşdırıb - Gizli silah anbarı...

Hazırda oxunan: HƏMAS Avstriyadakı yəhudilərə qarşı terror aktı planlaşdırıb - Gizli silah anbarı...

579307

Avstriyanın daxili kəşfiyyat xidməti Vyanada HƏMAS-la əlaqəli olduğu güman edilən və “Avropada mümkün terror aktları” üçün nəzərdə tutulmuş silah anbarı tapıb.

Bizim.Media xəbər verir ki, paytaxtda icarəyə götürülmüş anbar sahəsində içində 5 tapança və 10 daraq olan çemodan aşkar edilib.
 

Ölkənin Daxili İşlər Nazirliyi qeyd edib ki, HƏMAS-la əlaqəli beynəlxalq terror təşkilatına qarşı genişmiqyaslı istintaq çərçivəsində 39 yaşlı Britaniya vətəndaşı həbs olunub.


Onun bu gizli anbarla sıx əlaqələrinin olduğu ehtimal edilir. Nazirliyin açıqlamasında vurğulanır ki, istintaqın hazırkı gedişatına görə, hücumların hədəfi çox güman ki, Avropadakı İsrail və ya yəhudi müəssisələri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO