Belçika 2026-cı il yanvarın 1-nə qədər hava təhlükəsizliyini təmin edən mərkəz yaradacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Belçika müdafiə naziri Teo Franken hərbi bazalar üzərində uçan naməlum PUA-larla bağlı çağırılmış milli təhlükəsizlik şurasının iclasından sonra bildirib.
“Təhlükəsizlik Şurası dronlarla bağlı son insidentləri araşdırdı. Aydın qərar verildi: 2026-cı il yanvarın 1-dən Milli Hava Təhlükəsizliyi Mərkəzi fəaliyyətə başlayacaq.
Bu mərkəz Belçikanın hava məkanına optimal nəzarəti və onun qorunmasını təmin edəcək”, deyə nazir vurğulayıb.
Bizim.Media




























































































