ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri 85 yaşlı Nensi Pelosi ABŞ Konqresindən getdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Konqresmen 2026-cı ilin noyabrında Konqresə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyini elan edib.
Qeyd edək ki, Pelosi 2000–2022-ci illər ərzində Demokratları Nümayəndələr Palatasında təmsil edib.
2022-ci ilin avqustunda ABŞ Nümayəndələr Palatasının spikeri olduğu dövrdə Nensi Pelosi Tayvana səfər etmişdi. O, son 25 ildə adanı ziyarət edən ən yüksək vəzifəli amerikalı siyasətçi olmuşdu.
Bu səfər ABŞ və Çin arasındakı münasibətlərin kəskin gərginləşməsinə səbəb olmuşdu.
Bizim.Media




























































































