Moskvada azərbaycanlı qardaşlara AĞIR CƏZA - VİDEO

Moskvada azərbaycanlı qardaşlara AĞIR CƏZA - VİDEO

Hazırda oxunan: Moskvada azərbaycanlı qardaşlara AĞIR CƏZA - VİDEO

579267

Moskvada məhkəmə azərbaycanlı qardaşlar Şahin və Şöhrət Abbasovu paytaxt sakininin qətli ilə bağlı ağır həbs cəzasına məhkum edib.

Bizim.Media bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Moskva Şəhər Məhkəməsinin hökmünə əsasən, Şahin Abbasov 17 il, onun qardaşı Şöhrət Abbasov isə 12 il müddətinə ciddi rejimli koloniyada cəza çəkəcək. Onların qohumu İsaxan Abbasov isə cinayəti gizlətmək və rüşvət vermək ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.
 

Məlumata görə, hadisə 2024-cü il aprelin 17-də Krasnodarskaya küçəsində baş verib. Şahin Abbasov avtomobilini binanın qarşısındakı səkidə park edib. Bu addım həmin ərazidə yaşayan 24 yaşlı Kirill Kovalyovun narazılığına səbəb olub və o, sürücüyə irad bildirib. Mübahisə zamanı Şahin və Şöhrət Abbasov gənc oğlana bir neçə bıçaq zərbəsi endiriblər. Kovalyov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.


İstintaqın versiyasına görə, hadisədən sonra qardaşlar ataları Nizami Abbasov və digər qohumlardan gizlənmək üçün təlimatlar alıblar. Onlar Rostov vilayətinə qaçmağa cəhd edərkən saxlanılıblar. Digər iştirakçılar isə istintaq müddətində həbsdə keçirdikləri vaxt cəza müddətinə bərabər hesab olunduğu üçün məhkəmə zalında azadlığa buraxılıblar.

Məhkəmə qardaşların atasını Nizami Abbasovu isə təqsirsiz bilib və bəraət qərarı çıxarıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO