Tehranda 5 tanınmış şəxs həbs olundu

Tehranda 5 tanınmış şəxs həbs olundu

Hazırda oxunan: Tehranda 5 tanınmış şəxs həbs olundu

579239

İran təhlükəsizlik qüvvələri Tehranda 5 tanınmış şəxsi həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, iqtisadçılar Pərviz Sədaqət, Rəsul Qənbər, tədqiqatçı Məhəmməd Malcun, siyasi sosioloq Məhsa Əsədullahnəjad və yazıçı Şirin Kəriminin evlərinə basqın edilib, axtarış aparılıb və şəxsi əşyaları müsadirə olunub.

Həbs edilən şəxslərin hara aparıldıqları və onlara qarşı irəli sürülən ittihamlarla bağlı məlumat açıqlanmır.

Tədqiqatçı Məhəmməd Malcunun "Çörək ardınca köç" kitabının müəllifi olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO