İsrailin diaspor və antisemitizmə qarşı mübarizə naziri Amixay Şikli şəhər meri seçkilərində müsəlman namizəd Zoxran Mamdaninin qələbəsindən sonra yəhudiləri Nyu-Yorku tərk etməyə çağırıb. Nazir bildirib ki, şəhərə “HƏMAS tərəfdarı” rəhbərlik edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə DW yazıb.
“Bir vaxtlar azadlığın simvolu olan şəhər, indi hakimiyyətin açarlarını HƏMAS tərəfdarına verib. Onun mövqeyi, 25 il əvvəl Nyu-Yorkda 3 min insanı öldürən fanatik cihadçılardan o qədər də fərqlənmir”, – Şikli X sosial platformasındakı paylaşımında yazıb.
Nazirin sözlərinə görə, “Nyu-York artıq heç vaxt əvvəlki kimi olmayacaq, xüsusilə də onun yəhudi icması üçün”. Buna görə də o, yəhudilərə “İsrail torpaqlarını yeni evləri kimi qəbul etməyi ciddi şəkildə düşünməyi” tövsiyə edib.
“Nyu-York Londonun batdığı uçuruma açıq gözlərlə gedir”, – deyə Şikli əlavə edib.
Qeyd olunur ki, Nyu-Yorkda təxminən 1,3 milyon yəhudi yaşayır. Bu, İsraildən sonra dünyadakı ən böyük yəhudi icmasıdır. Mamdani İsraildəki hazırkı hakimiyyəti “aparteid rejimi”, Qəzza müharibəsini isə “soyqırım” adlandırmışdı. Bununla belə, HƏMAS haqqında birbaşa açıqlama verməyib.
Şiklinin Mamdaniyə dair fikirləri ilə İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı “Yəhudi Gücü” partiyasının lideri İtamar Ben-Qvir də razılaşıb.
“Antisemitizm sağlam düşüncəyə qalib gəldi. Mamdani – HƏMAS tərəfdarı, İsrailin düşməni və qatı antisemitdir”. AFP onun sözlərindən sitat gətirib.
Xatırladaq ki, Zoxran Mamdani 4 noyabrda keçirilən Nyu-York meri seçkilərində qalib gəlib və gələn il yanvarın 1-dən vəzifəsinə başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:17 / 06.11.2025
İsrailli nazir Nyu-Yorkda yaşayan yəhudilərə səsləndi: “Şəhəri tərk edin!”
Hazırda oxunan: İsrailli nazir Nyu-Yorkda yaşayan yəhudilərə səsləndi: “Şəhəri tərk edin!”
Hazırda oxunan: İsrailli nazir Nyu-Yorkda yaşayan yəhudilərə səsləndi: “Şəhəri tərk edin!”
579196
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































