Pul yuyulmasında ittiham olunan azərbaycanlı bloger və “Milyonçu düşüncəsi” adlı kursun müəllifi Hüseyn Həsənov Rusiya ərazisində yenidən federal axtarışa verilib.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin məlumat bazasında yer alıb.
Onun konkret hansı maddə üzrə axtarıldığı açıqlanmır.
Qeyd edək ki, hələ aprelin sonunda Moskvanın Çertanovski Rayon Məhkəməsi bloger barəsində qiyabi həbsetmə qərarı çıxarıb. Qərara əsasən, Həsənov saxlanıldığı və ya Rusiyaya ekstradisiya olunduğu andan etibarən iki ay müddətinə həbsdə saxlanılmalıdır. Paralel olaraq, o, xüsusilə böyük məbləğdə pul vəsaitlərinin leqallaşdırılması (yuyulması) işi üzrə beynəlxalq axtarışa da verilib.
İstintaqın versiyasına görə, 2019–2021-ci illər ərzində Həsənov 170 milyon rubldan artıq vergi ödənişindən yayınaraq, bu vəsaitin 20 milyon rublunu müxtəlif maliyyə əməliyyatları ilə leqallaşdırıb.
Bundan əvvəl məlum olmuşdu ki, Həsənov Rusiyadakı sonuncu biznesini də itirib. Mənbələrin məlumatına görə, Rusiya Vergi Xidməti onun “Banda Foods” adlı şirkətini bağlayıb. Bildirilir ki, blogerin restoran biznesi çöküb və təchizatçılar məhkəməyə müraciət edərək onun borclarını ödəməyə məcbur edilməsinə nail olublar.
Bizim.Media

- A-
 - A
 - A+
 
Dünya
							09:52 / 04.11.2025
							
						Rusiya azərbaycanlı blogeri axtarışa verdi
						
							
								Hazırda oxunan: Rusiya azərbaycanlı blogeri axtarışa verdi							
						
					
					
					
								Hazırda oxunan: Rusiya azərbaycanlı blogeri axtarışa verdi							
						578764
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					






























































































