“Süni intellekt smartfonları əvəz edəcək” - Maskdan PROQNOZ

“Süni intellekt smartfonları əvəz edəcək” - Maskdan PROQNOZ

Hazırda oxunan: “Süni intellekt smartfonları əvəz edəcək” - Maskdan PROQNOZ

578726

Amerikalı milyarder İlon Mask əmindir ki, süni intellekt yaxın beş il ərzində smartfonları indiki formalarında əvəz edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Mask Co Roqanın podkastında deyib.

Onun fikrincə, “gələcəyin telefonu”nda nə əməliyyat sistemi, nə də tətbiqlər olacaq:
 

“Bu sadəcə süni intellekt üçün bir vasitə rolunu oynayacaq. Əslində, sizdə serverdə işləyən bir süni intellekt olacaq və o, cihazınızdakı süni intellektlə qarşılıqlı əlaqədə olacaq”.


Qeyd edək ki, Mask 2023-cü ildə KİV xəbər vermişdi ki, “OpenAI” şirkəti artıq süni intellekt əsaslı yeni bir cihaz üzərində işləyir.

Bu qurğunun nə olduğu açıqlanmasa da, onun smartfon ola biləcəyi ehtimal edilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO