Xəbər verdiyimiz kimi, HƏMAS dünən İsrailin üç girovunun cəsədini Qırmızı Xaça təhvil verib. Cəsədlər Qəzza zolağında İsrail qüvvələrinə təhvil verilib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
Mənbə qeyd edir ki, üç nəfərdən biri – Cənub briqadasının komandiri, polkovnik Asaf Xamaminin cəsədidir. 41 yaşlı Xamami 7 oktyabrda HƏMAS-la döyüşdə həlak olub və onun meyiti HƏMAS tərəfindən aparılmışdı.
Digəriləri isə kapitan Omer Neytra və baş serjant Oz Daniyeldir.
Abu-Kabir Məhkəmə-Tibbi Ekspertiza İnstitutunda hər üçünün şəxsiyyətləri müəyyənləşdirilib.

Bizim.Media




























































































