Kiyevdə Şimali Koreyalı əsirlər Cənubi Koreyaya təhvil verilmələrini xahiş ediblər - FOTO

Kiyevdə Şimali Koreyalı əsirlər Cənubi Koreyaya təhvil verilmələrini xahiş ediblər - FOTO

Hazırda oxunan: Kiyevdə Şimali Koreyalı əsirlər Cənubi Koreyaya təhvil verilmələrini xahiş ediblər - FOTO

578473

Rusiya tərəfdə Ukraynada döyüşmüş iki Şimali Koreya hərbi əsiri sənədli film üçün müsahibə zamanı özlərinin Cənubi Koreyaya təhvil verilməsini istəyiblər.

Bizim Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Söhbət oktyabrın 28-də Kiyevdə lentə alınıb.
 

Məlumata görə, əsirlərdən biri hələ fevral ayında onu ziyarət edən Cənubi Koreya parlament üzvünə ölkədə daimi məskunlaşmaq arzusunda olduğunu bildirib.


Cənubi Koreya kəşfiyyatının məlumatına əsasən, Şimali Koreya əsgərlərinə əsir düşməmək üçün intihar əmri verilir.
 

Xüsusən yaralanma halında onlar qumbaralarla özlərini partlatmaq göstərişi alırlar.


Kəşfiyyat bildirir ki, 2024-cü ildə təxminən 10 min Şimali Koreya hərbçisi Ukraynada döyüşmək üçün göndərilib, onların təxminən 2 mini həlak olub.





Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO