Günəşdə yenidən güclü partlayışlar başladı

Günəşdə yenidən güclü partlayışlar başladı

Hazırda oxunan: Günəşdə yenidən güclü partlayışlar başladı

578472

Günəşdə iki həftəlik fasilədən sonra yenidən güclü partlayışlar başlayıb.

Bizim Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası "Telegram" kanalında yayıb.

Məlumata görə, Moskva vaxtı ilə saat 04 radələrində (Bakı vaxtı ilə saat 05:00-də - red.) ulduzun şərq kənarında M1.0 gücündə partlayış baş verib
 

Bu hadisə 3-9 noyabr həftəsində pik həddə çatacaq uzunmüddətli günəş aktivliyinin artmasının xəbərçisidir. Ulduzun sol kənarında Yerə doğru iki güclü aktivlik mərkəzinin meydana çıxdığı müşahidə olunur.


Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO