“Apple” şirkəti rəqəmsal köməkçi “Siri” üçün çoxdan gözlənilən və təkmilləşdirilmiş süni intellektlə təchiz olunmuş yeniləməni təqdim edəcək.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, təkmilləşdirilmiş tətbiq iOS 26.4 əməliyyat sistemində mövcud olacaq.
Təkmilləşdirilmiş “Siri” artıq istifadəçinin niyyətini başa düşə biləcək.
Cihazdakı məlumatları (e-poçtlar, mesajlar, təqvim tədbirləri və s.) təhlil edərək daha təbii, fərdiləşdirilmiş və kontekstə uyğun cavablar verəcək.
“Apple” şirkətinin baş direktoru Timati Kuk “Apple Intelligence”in bir hissəsi olacaq “Siri”nin 2026-cı ilin mart ayında təqdim olunacağını bildirib.
Bizim.Media





























































































